2021-Cİ İLİN DEZİNFORMASİYALARI: ƏN UTANCVERİCİ MƏQAMLAR

Yanvar 03, 2022

Kremlyönümlü KİV-lərin yaydığı yalanlar çox vaxt müəmmalı olur. Bununla belə, bəzən burada gülünc səhvlərə yol verilir. Kremlyönümlü KİV-lərin 2021-ci ildəki absurd, üstüörtülü və xüsusilə utancverici dezinformasiya yaydığı 10 nümunəni bir araya gətirdik.

1. Rusiya günahını tam etiraf edir

Corruption case of Russian Army in Donetsk

Uzun illər Kremlyönümlü KİV tərəfindən inkar edilməsinə baxmayaraq, bu, EUvsDisinfo-nun Rusiyanın Krımı qeyri-qanuni ilhaqı ilə bağlı sübutları üzə çıxarması və toplamasına mane olmamışdır, indi isə Rusiya dövlətinin özündən əldə etdiyimiz Rusiyanın Ukraynanın şərqində hərbi mövcudluğuna dair misli görünməmiş sübutlar var.

Rusiyanın Rostov-na-Donu şəhərinin Kirovski Rayon Məhkəməsi yerli ərzaq tədarükü şirkətinə qarşı kriminal korrupsiya ilə bağlı işdə təsadüfən Ukraynanın şərqində özlərini dövlət elan etmiş separatçı respublikalarda yerləşdirilmiş Rusiya ordusuna ərzaq tədarükü ilə əlaqədar məlumatı açıqlayıb. Təchizatçı Donbasdakı rus qoşunlarına iki həftədə 1300 ton ərzaq göndərilməsinə cavabdeh idi. Şirkətin əməkdaşı yüksək rütbəli rus hərbi zabitinə 990 000 rubl (13 400 ABŞ dolları) məbləğində rüşvət verməkdə təqsirli bilinib və beş il yarım müddətinə azadlıqdan məhrum edilib.

Kremlin sözçüsü Dmitri Peskov hökmün Rusiya ordusuna istinad etməsini “səhv” adlandırdıqdan sonra sənəd məhkəmənin saytından yoxa çıxıb. Arxivləşdirilmiş nüsxə onlayn olaraq mövcuddur.

2. Qəhrəmanlar və günahkarlar

Armed Belarusian guards visible behind a parliamentarian during a TV interview

Belarus parlamentarisi Polşa-Belarus sərhəddindəki müsahibəsi zamanı orada qalan insanların acınacaqlı vəziyyətini və bu məsələyə Belarusun humanitar yardımını vurğulasa da, arxasında miqrantları əsir saxlayan uniformalı, maskalı və silahlı mühafizəçilər nəzərə çarpır. Kremlyönümlü KİV və dövlətin nəzarətində olan Belarus televiziyası bu görüntülərdən “humanitar subyekt” kimi təqdim edilən Belarusdan fərqli olaraq, Polşa və Aİ-ni qeyri-insani və təcavüzkar kimi göstərmək məqsədilə istifadə edir. Dezinformasiyanın bu fraqmentləri diqqəti Aleksandr Lukaşenkonun insanların əzab-əziyyətinin acınacaqlı görüntülərindən istifadə edərək onları öz siyasi məqsədləri üçün sistematik şəkildə istismar etməsi faktından yayındırır.

3. İsa Məsihin seksuallığı

Bisexual Jesus, disinformation claim by Lavrov

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Rusiyanın Xarici Siyasəti, prinsipləri, baxışları və ambisiyaları ilə bağlı 4000-dən çox sözdən ibarət məqaləsindən Qərbin təhsil sisteminə ağır hücum məqsədilə istifadə edib. Nazir iddia etdi ki: “Bir sıra qərb ölkələrinin məktəblərində şagirdlərə İsa Məsihin biseksual olduğunu öyrədirlər”, bu, müxbirlər tərəfindən dərhal toplanmış və silinmişdir. Rusiyalı müstəqil jurnalistlər Lavrovun sözlərini sürətlə populyarlıq qazanan TikTok videosundan ortaya çıxarıblar. Avstraliyalı uşaq videoda iddia edir ki, İsa “biseksual və qeyri-binardır”, çünki o, hamını sevir, kişidir və don geyinir. Bu, dövlət sənədinə daxil etmək üçün o qədər də etibarlı mənbə deyil, sözügedən Rusiya Nazirliyinə öz mənbələrində faktların yoxlanılmasını iki qat artırmağı tövsiyə edərdik.

4. Maşa və Ayı

Ayı mövzusuna gəldikdə isə, Şimali Rusiya KİV-lərindən biri satirik saytın zarafatını əsl xəbər kimi qələmə verib: Valideynləri beş yaşlı uşağa qadağan olunmuş “Maşa və Ayı” rus filmini izlətdikdən sonra İsveç həmin uşağı himayədarlığa verir. Xeyr, İsveçdə “Maşa və Ayı”-nı izləmək qadağan deyil: hətta 1 Aprel Ümumdünya Gülüş günündə zarafat olaraq belə.

5. COVID-19 hesabatının ikitərəfliliyi

COVID-19 və peyvəndlərlə bağlı dezinformasiyaların sayı, təəssüf ki, məlumat bazamızda artmağa davam edib. 2021-ci il COVID-19-un Kremlyönümlü KİV-lər tərəfindən işıqlandırılmasında yeni bir aspekt gətirdi. Sosial media istifadəçiləri Kremlyönümlü reportajların vaksinlərlə bağlı ikili standartına diqqət çəkiblər: rusdilli oxucular peyvənd olunmağa təşviq edildikləri halda, RT və Sputnik-in ingilisdilli versiyaları pandemiyanı saxta adlandırıb və peyvənd əleyhinə iddialar yayıb.

6. Milad bayramında Avropada aclıq iğtişaşları baş verdi?

Fotoşəkil: Tolqa Akmen, AFP, 2021

Qərbdə ərzaq ehtiyatı bol olsa da, Kremlyönümlü KİV-lər iddia edir ki, ərzaq çatışmazlığı Avropa süfrələrində Milad nemətlərinin olmamasına və aclıq iğtişaşlarına səbəb olacaq. Düzdür, Böyük Britaniyada Brexit səbəbindən ərzaq təchizatı ilə bağlı bəzi kiçik problemlər var idi, lakin burada yük maşını sürücülərinin çatışmazlığı, ərzaq döyüşləri, tibbi ləvazimat, yanacaq çatışmazlığı və ya polislə toqquşmalar, şübhəsiz ki, baş vermir. KİV-də nəzərdə tutulan “La Tomatina” olubsa, hətta bu pomidor savaşı da pandemiya səbəbindən ləğv edilib.

7. Rəqəmsal saqqal və kişi çatışmazlığı

shortage of real men in Russia

Aseksual emojilər Qərbi kişiliyin son qalası olan Rusiyaya saqqallı qadınlar və qadın kimi davranan kişilərlə qəsdən hücum etməkdə ittiham edən rusiyalı parlamentarilər arasında çaxnaşma yaradıb.

Qəribədir ki, Rusiyanın dövlət ictimai rəy institutu “VTsIOM” kişilik keyfiyyətlərini əks etdirən həqiqi kişilər haqqında sorğu dərc edib. Kremlyönümlü bir neçə KİV tərəfindən keçirilən sorğuda əsl kişilərin bu keyfiyyətləri sadalanıb: dürüstlük (19%), etibarlılıq (14%) və ədalətlilik (9%). Bununla belə, respondentlərin 1600 nəfərindən 45%-i Rusiyada bircə “əsl kişi”-nin adını çəkə bilməyib.

8. Cinayətkar qar adamı və televizor

Crack down on protests in Belarus, white-red-white flag on a snowman

Fotoşəkil: Azadlıq Radiosu, Belarus

Tarixi ağ-qırmızı-ağ bayraq Belarusda 9 avqust 2020-ci ildə keçirilən mübahisəli prezident seçkilərindən sonra kütləvi etiraz hərəkatının simvolu oldu. Minlərlə insan həbs olundu və ya cərimələndi. Onların arasında həyətində “Yaşasın Belarus” yazısı olan qırmızı şərf taxılmış qar adamı ilə bəzədilmiş evin sahibi, “yanlış” rənglərdə corab geyinmiş qadın və pəncərədə ağ və qırmızı rəngli televizoru nümayiş etdirən Minsk sakini də var. Qar adamları, boş qutular və ağ-qırmızı-ağ corabların kriminallaşdırılması gülünc olsa belə, Belarus vətəndaşlarının hiss etdiyi nəticələr qorxuducu dərəcədə realdır.

9. Avroviziya istehza hədəfinə çevrildiDisinformation about Russian singer Manizha, Eurovision 2021

1 milyarda yaxın tamaşaçı auditoriyasına malik olan Avroviziya Mahnı Müsabiqəsi dünyanın ən böyük mədəni tədbirlərindən biri hesab olunur. Bu, Avropadan və onun hüdudlarından kənardakı mahnı müəlliflərini fan-klublarla birləşdirən əyləncə tədbiridir. Rusiya tarixən Avroviziyada kifayət qədər yüksək yer tuturdu. Lakin 2021-ci ildə Rusiya televiziyasının Birinci kanalında xalq səsverməsi ilə tacik əsilli müğənni Manijanın seçilməsi böyük narahatlığa səbəb oldu. Feminist miqrant qadının homoseksualların hüquqlarını dəstəklədiyini ifadə edərək, qadınları güclü olmağa səsləyən mahnı oxuması millətçi dairələrdə böyük əks-səda doğurdu. Millətçi oliqarx Konstantin Malofeyevə məxsus olan və onun idarə etdiyi “Tsargrad” onlayn media orqanı Avroviziyanı Rusiyaya qarşı nifrət yayan və ABŞ-ın nəzarətində olan müstəmləkə quruluşunun ideoloji cəhətdən bərqərar olması məqsədi daşıyan ümumdünya mexanizmi ilə müqayisə edib. Bəs bu, doğrudan da, belədirmi?

Aşağıda Manijanın ifa etdiyi mahnının sözlərindən nümunə verilmişdir:

Hər bir rus qadını bilməlidir,
Kifayət qədər güclüsünüz, divarı yıxa biləcək qədər,

Hey, Rus qadını,
Qorxma, qızım

10. Komediyaçılar efirdən kənarlaşdırılıb

Russian comedians taken off air

TNT kanalının “Bir zamanlar Rusiyada” televiziya şousu komediyaçılar Kremlyönümlü sarkazmın üç tərəfdarını, yəni “Rossiya 1” telekanalının aparıcısı Olqa Skabeeva, “Rossiya Seqodnya” Dövlət Media Holdinqinin direktoru Dmitry Kiselyov və teleaparıcı Vladimir Solovyovu parodiya etdikdən sonra yayımı dayandırılıb. Aydındır ki, komediyaçılar Kremlin sadiq xidmətçilərindən hər hansı birini məzəli tənqidə məruz qoymaqdansa, Qreta Tunberq və ya Navalnıya rişxənd etməyə davam etməli idilər.

Dezinformasiya gülüş doğuran bir məsələ deyil

Bəzən bəzi dezinformasiya cəhdlərinin absurdluğuna gülsək də, unutmayaq ki, yumor, istehza və ya “hahaqanda” Kremlyönümlü sözçülərin istifadə etdiyi dezinformasiya üsullarından bəziləridir. İnformasiya məkanını hay-küy və inanmağın çətin olduğu iddialarla dolduran İnfoşumun bir məqsədi var: həqiqətdən yayındırmaq. Növbəti dəfə gülməli memlə qarşılaşdığınız zaman unutmayın ki, satira və yumor böhtan, dezinformasiya və ya aşağılamaq üçün də istifadə oluna bilər.

2021-ci ildə dezinformasiya təkcə demokratiyamıza deyil, həm də yediyimiz yeməkdən, geyindiyimiz paltar və ya qəbul etdiyimiz (etmədiyimiz) peyvəndlərə qədər gündəlik qərarlarımıza təsir etdi. Gəlin, 2022-ci ildə keçmişin dərslərindən istifadə edərək həqiqəti o qədər əlçatan və cəlbedici edək ki, onu görməzlikdən gəlmək mümkün olmasın.

Başlanğıc üçün Kremlyönümlü dezinformasiya ilə bağlı nəyin yanlış olduğuna nəzər salın:

2020: 2020-Cİ İLİN DEZİNFORMASİYALARI: ƏN UTANCVERİCİ MƏQAMLAR

2019: 2019-CU İLİN DEZİNFORMASİYALARI: UTANCVERİCİ 10 MƏQAM

2018: 2018-Cİ İLİN DEZİNFORMASİYALARI: UTANCVERİCİ 12 MƏQAM


Subscribe to the DISINFO REVIEW

Your weekly update on pro-Kremlin disinformation

No, thank you.