Read this article in EN RU BY HY AZ UA RO KA

Hər Yerdə Rəngli İnqilablar, 2-ci Cild: Kremlyönümlü media Qazaxıstan və Belarusdakı etirazları necə işıqlandırdı

Fevral 08, 2022

Qəribə dejavü

Kremlyönümlü KİV-lərin əksəriyyəti yanvarın əvvəlində Qazaxıstanda baş vermiş iğtişaşlarla bağlı məlum dezinformasiya narrativlərini təkrar istifadə edir. Bu narrativlərdə Qərbin ölkədə “rəngli inqilab” etməyə çalışdığı və son hədəfin isə Rusiya olduğu iddia edilir. 2020-2021-ci illərdə Belarusda demokratiya tərəfdarları etirazların işıqlandırılmasını xatırlasaq, bu narrativlər qəribə dejavü anı yaradır.

EUvsDisinfo məlumat bazamızda Belarus və Qazaxıstandakı “rəngli inqilablar” haqqında Kremlyönümlü dezinformasiya iddialarının bir-birini təkrarlayan çoxsaylı nümunələri yer alır. Bir neçə nümunə:

Bu arada, Minskdə

Belarus dövlət mediası Qazaxıstandakı hadisələrdən 2020-2021-ci illərdə Belarusda dinc demokratiya tərəfdarı etirazçılara qarşı amansız təzyiqlərə haqq qazandırmaq üçün istifadə edir. KİV-lər iddia edir ki, Lukaşenkonun qətiyyətli tədbirləri Belarusdakı hadisələrin Qazaxıstandakı kimi zorakılığa çevrilməsinin qarşısını alıb. Belarus dövlət mediası Lukaşenkonu postsovet məkanında “rəngli inqilablar”a qarşı mübarizə üzrə aparıcı mütəxəssis kimi təqdim edir. Belarus 1 telekanalının qeyd etdiyi kimi, Qazaxıstan və Rusiyanın “rəngli inqilablar”a qarşı mübarizə mövzusunda Belarusdan öyrənməli olduğu çox şey var.

Lukaşenko özü də Qazaxıstan və Belarusdakı hadisələr arasında “böyük bir fərq” tapmayıb. Onun fikrincə, yeganə fərq Qərb təhlükəsizlik xidmətlərinin Qazaxıstanda daha məxfi fəaliyyət göstərməsi idi. Lukaşenko həmçinin yanvarın 10-da keçirilən virtual KTMT sammitindən Özbəkistanı ekstremistlərin iğtişaşlar hazırlaması barədə xəbərdar etmək üçün istifadə etdi.

Qazaxıstandakı yanvar hadisələrinin şərh edilməsi ilə bağlı bu xüsusiyyətləri çıxmaq şərtilə, Belarusun dövlət mediasındakı xəbərlər Kremlyönümlü mənbələri əks etdirir. 2020-ci ilin sonlarından bəri onların gündəm və narrativlərinin bir-birinə çox yaxın olduğunu nəzərə alsaq, bu, təəccüblü deyil. Onlar əsasən həm Belarus, həm də Rusiyada dövlətin nəzarətində olan media mənbələrində xəbər proqramlarını təqdim edən eyni Kremlyönümlü şərhçilər və ekspertlər şəbəkəsindən istifadə edirlər; Kremlyönümlü məruzəçi Vladimir Solovyovun Lukaşenko ilə bu yaxınlarda keçirdiyi müsahibədə olduğu kimi.

Qazaxıstanda İslamçıları günahlandırmağı üstün tuturlar

Qazaxıstan hakimiyyəti tez bir zamanda etirazlara görə “xaricilərin rəhbərlik etdiyi terrorçuları” günahlandırsa da, Qərbi və Qərb ölkələrini təqsirkar adlandırmadı. Onlar etirazçıları “radikal qruplar” və ya “islamçılar” kimi qələmə verməyə davam edirdi. Bu, Qazaxıstanda baş verən hadisələrin ilk həftələrində rəsmi Rusiya və Qazaxıstan tərəflərinin açıqlamaları arasında fikir ayrılığına işarə edirdi.

Anqlosakslar Rusiyanı yenidən mühasirəyə alır

Kremlyönümlü dezinformasiya Belarus və Qazaxıstanda baş verən hadisələri Qərbin böyük anti-Rusiya strategiyasının bir hissəsi kimi izah edir. Adətən, ABŞ və ya Anqlosakslar bu strategiyanın əsas rəhbərləri kimi, Aİ ölkələri isə ikinci dərəcəli əhəmiyyət kəsb edən tərəf kimi təqdim edilir. Qazaxıstanda baş verən hadisələrlə bağlı Sputnik-in dəstəklədiyi açıqlamada Londonda yerləşən Dövlət içində Dövlətin günahkar olduğu göstərilir. Bu, daha əvvəlki dezinformasiya halında izah edildiyi kimi, Belarus, Myanma, Rusiya və ABŞ-da yorulmadan əvvəlki rəngli inqilabları təşkil etmiş Britaniya “Dövlət içində Dövləti” ola bilər.

EUvsDisinfo məlumatlar bazasındakı digər nümunələrdə bənzər dildən istifadə edərək Qərbin Belarus və Qazaxıstanda “anti-Rusiya” fəaliyyətlərindən bəhs olunur:

Rusiya təhlükəsizliyi ilə sıx münasibətlər sizin uğurunuza bərabərdir

Başqa bir geniş yayılmış narrativdə deyilir ki, yalnız Rusiya ilə daha sıx münasibətlər – və bəlkə də Rusiyanın bir hissəsinə çevrilmək – tərəfdaş ölkələrin təhlükəsizliyinə və rifahına zəmanət verə bilər.

Lakin Rusiyaya arxa çevirmək iqtisadi süqutdan tutmuş nasizmə sürüklənməyə qədər müxtəlif nəticələrə səbəb ola bilər. Nümunələr çoxdur. Belarus ya Rusiya ilə birlikdə normal inkişaf edə, ya da Varşavanın hökmranlığı altında məcburi şəkildə“Polonizasiya” prosesinə məruz qala və iqtisadi cəhətdən süqut edə bilər. Belarus ya Rusiyanın bir hissəsi olacaq, ya da Qərbin kasıb müstəmləkəsinə çevriləcək. Ukrayna və Belarus yalnız Rusiyanın bir hissəsi olduqları halda nasizm meyillərindən yayınacaq.

Rusiyanın dövlət xəbər agentliyi Sputnik iddia edir ki, Qazaxıstanın keçmiş prezidenti Nazarbayevin “anti-Rusiya siyasətləri” – məsələn, rəsmi yazı olaraq latın əlifbasından istifadə və rus etnik azlıqlarına qarşı ayrı-seçkilik – iğtişaşları təhrik edən əsas amillərdən biri olmuşdur. Sputnik-in başqa bir şərhçisinin fikrincə, Qazaxıstanın Qərblə daha sıx əlaqələri də daxil olmaqla, çoxvektorlu xarici siyasəti iğtişaşların səbəblərindən biri olub. Ölkə elitasının üzvləri Qərbə rəğbət bəsləyərək iqtisadi və siyasi cəhətdən korrupsiyaya uğrayıblar. Yalnız Rusiya ilə sıx münasibətlər ölkəni bu cür bəlalardan xilas edəcək.

Kremlyönümlü mənbələrin iddialarına görə, Rusiyanın rəhbərlik etdiyi KTMT-nin Qazaxıstandakı tez bir zamanda toplanmış və yerləşdirilmiş “sülhməramlı” missiyası müsbət nəticə verdi. Yaranmaqda olan Qərb təhlükəsindən özünü müdafiə etmək təkcə Rusiyanın qanuni maraqlarına cavab vermirdi. Kremlyönümlü media mənbələrinin diqqəti həvəslə “yardım əli” narrativi üzərində cəmlədiyi üçün bu missiya Qazaxıstana da əvəzsiz xidmət göstərdi.

“RUSLAR SƏRHƏDLƏRİ BOYUNCA YÜZLƏRLƏ GÜLÜN ÇİÇƏK AÇMASINDA VƏ GÜCLÜ, MÜSTƏQİL ÖLKƏLƏRİN DİNC İNKİŞAFINDA MARAQLIDIR… HAMININ UNUTDUĞU BU UCQAR YERLƏRƏ SİVİLİZASİYANI RUSİYA GƏTİRİB.” – SİTAT: RIA NOVOSTI – BU ŞAİRANƏ ARZUNU GERÇƏKLƏŞDİRMƏK ÜÇÜN MOSKVA “RUSİYA GEOSİYASİ MƏKANINI BƏRPA ETMƏYƏ” HAZIRLAŞIR.

KTMT-nin uğurlu missiyası Qazaxıstan dövlətçiliyini xilas etdi və ölkə gələcəkdə Rusiya ilə daha dərin inteqrasiyadan daha çox fayda əldə edə bilər. Rusiyanın dövlət xəbər agentliyi RIA Novosti bu yaxınlarda Qazaxıstanla bağlı məqaləsində qeyd edir: ABŞ-ın məqsədi bütün postsovet ölkələrində sabitliyi pozmaq olduğu halda, “Ruslar sərhədləri boyunca yüzlərlə gülün çiçək açmasında və güclü, müstəqil ölkələrin dinc inkişafında maraqlıdır”. Bu şairanə arzunu gerçəkləşdirmək üçün Moskva “Rusiya geosiyasi məkanını bərpa etməyə” hazırlaşır.

Təcrübəli oxucular 2014-cü ildə Krımın işğalı və ilhaqından sonra “Bizim bu torpaq üzərində hüququmuz var” kimi tanış rus şüarlarını xatırlayacaq. “Biz sadəcə olaraq özümüzə məxsus olanı və borc veriləni geri alırıq” – buradakı və ya buradakı araşdırmaya nəzər salın.

Bu dünyagörüşünü izləyən manipulyasiya və dezinformasiyanın digər nümunələri üçün “Yeddi Mifin Təkzibi” adlı məqaləmizi nəzərdən keçirin.