Haqqında

EUvsDisinfo Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq StratCom İşçi Qrupunun flaqman layihəsidir. Bu layihə 2015-ci ildə Rusiya Federasiyasının Avropa İttifaqına, onun Üzv Dövlətlərinə və qonşuluqdakı ortaq ölkələrə təsir etməkdə davam edən dezinformasiya kampaniyalarını daha yaxşı proqnozlaşdırmaq, nəzərdən keçirmək və onlara cavab vermək məqsədilə yaradılmışdır.

EUvsDisinfo-nun əsas məqsədi Kremlin dezinformasiya “fəaliyyəti” haqqında ictimaiyyətin məlumatlılığını və anlayışını artırmaq, eləcə də Avropada və onun hüdudlarından kənarda olan vətəndaşlara rəqəmsal məlumat və mətbuat manipulyasiyasına qarşı müqavimətlərini inkişaf etdirməyə kömək etməkdir.

İşimiz nədən ibarətdir

15 dildə məlumatların təhlili və media monitorinqi xidmətlərindən istifadə edən EUvsDisinfo Aİ və “Şərq Tərəfdaşlığı” ölkələrində yayılan, Kremlyönümlü mətbuatada yaradılmış dezinformasiya hallarını aşkarlayır, toplayır və ifşa edir. 2019-cu ildən etibarən monitorinq imkanlarımız Qərbi Balkanlarda və Aİ-nin Cənub qonşuluğunda yayılan dezinformasiyanı da üzə çıxarır. Bu hallar (və onların təkzibləri) EUvsDisinfo-nun hazırda Kremlyönümlü dezinformasiyanın 12 000-dən çox nümunəsindən ibarət olan məlumat bazasında toplanmışdır, məlumat bazası bu tipli axtarış edilə bilən, açıq qaynaqlı yeganə mənbə hesab olunur. Məlumat bazası hər həftə qısa bir trend xülasəsi ilə birlikdə yenilənir. Bu yeniləmələri izləmək üçün həftəlik xəbər bülleteni olan Dezinformasiya İcmalına abunə olun.

Məlumat bazasına əlavə olaraq, müntəzəm olaraq dezinformasiya üsulları və təcrübələrindəki yeniliklər haqqında məqalələr və analitik materiallar dərc edirik və bu sahəyə yenilikçi töhfələr verən beynəlxalq araşdırmaları toplayırıq. Seçkilər bölməsi demokratik cəmiyyətlərin üzləşdiyi ən ciddi dezinformasiya təhlükələrindən biri olan seçki müdaxiləsi haqqında bir sıra maarifləndirici materiallar təqdim edir.

Komandamız həm də ictimaiyyət və hökumətin dəstək proqramında fəal iştirak edir. Aİ institutlarını, Üzv Dövlətlərin hökumətlərini, jurnalistləri və vətəndaş cəmiyyəti təşkilatlarını məlumatlandırır, onlara təlimlər keçir və müntəzəm olaraq beynəlxalq konfranslarda çıxış edirik. Məlumatlarımız bütün dünyada siyasi liderlər, dövlət agentlikləri, tədqiqatçılar, elmi araşdırma mərkəzləri və jurnalistlər üçün mühüm mənbədir.

İşimiz haqqında ətraflı məqaləni burada və sual-cavab səhifəsini burada oxuyun.

İşimizlə bağlı yeniliklərdən xəbərdar olmaq istəyirsiniz? O zaman bizi Facebook-daTwitter-dəizləyin!