Kremlin təhlükəsizlik tələbləri bizim üçün heç də təhlükəsizlik demək deyil

Embed

Rusiyanın son ultimatumları Kremlin dəhlizlərində artan paranoyanı aydınlaşdırır və gərginliyin artmasına yol açır.

Rusiya Xarici İşlər Nazirliyi dekabrın 17-də aldadıcı başlıqlı iki sənədi: “Təhlükəsizlik Zəmanətləri haqqında Müqavilə” və “Rusiya Federasiyasının Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Tədbirlər haqqında Saziş” açıqlayıb. Bu sənədlər ultimatum kimi təqdim edildi və Kremlyönümlü KİV-lərdə geniş şəkildə işıqlandırıldı. Onlar Kremlin yaratdığı gərginliyi azaltmaq məqsədi daşımayan aldadıcı və zərərli məlumatlardan ibarətdir. Təklif: Silah lüləsindən “zeytun budağı uzatmaq”.

Kreml bu dəfə bir neçə siyasi məqsədi həyata keçirmək üçün yenidən bizə ən sevilən dezinformasiyalarını təklif etdi. Ultimatumların ardındakı hekayəyə aşağıdakılar daxildir: Rusiya Birləşmiş Ştatlarla bərabər qüvvəli super gücdür; Rusiya düşmən qüvvələr, dəqiq desək, NATO ilə əhatə olunmuş, mühasirəyə alınmış qaladır; NATO-nun keçmiş genişlənmə dairələri əvvəlki vədlərə xəyanət idi; Ukrayna və Qərb ilə birlikdə Baltik və Qara dənizdə keçirilən təlimlərə Rusiya üçün təhlükədir.

Hər kəsə açıq olan məlumat bazamızda bu cür dezinformasiyalara dair çoxsaylı nümunələr var:

Rus ultimatumlarındakı dezinformasiya narrativləri Kremlin yaxın qonşuluğuna imperiya nəzərləri ilə baxdığını əks etdirir. Dezinformasiya göstərir ki, Rusiya ilə həmsərhəd olan ölkələr, o cümlədən bir neçə Aİ üzvü və Alyans üzvləri Kremlin nəzərində suveren dövlət deyil və Kremlin müdaxiləsi olmadan öz müqəddəratlarını həll etməkdə azad deyillər. Beləliklə, təəccüblü deyil ki, ultimatumlar Qərb liderlərindən coşqun cavab almadı.

Kreml öz yaratdığı gərginliyi azaltmaq üçün Rusiyanı heç bir başqa tərəfin qəbul edə bilməyəcəyi “psevdodiplomatik” formada paketlənmiş ultimatum vasitəsilə “zeytun budağı uzadan tərəf” kimi göstərməyə çalışır. Lakin ultimatum alanların qaçılmaz imtinası da Kreml tərəfindən hesablanmış ola bilər.

Kremlyönümlü KİV-lər, çox güman ki, Qərbin Kremlin hiyləsini istisnasız rədd etməsini öz auditoriyalarına Qərb ölkələrinin böhrandan çıxış yolu istəmədiyinə və Ukraynanı, o cümlədən hazırda Donbasda yaşayan, Rusiya pasportuna malik şəxslərin Rusiyanın təsir dairəsindən NATO orbitinə çəkmək niyyətində olduğuna dair mesaj kimi təqdim edəcəklər. Bu, – “Rusiyanı təhlükəsizliyi naminə və “sabitliyi” qorumaq üçün hərəkətə keçməyə məcbur etmək” üçün təkan ola bilər. Kremlyönümlü şərhçilərdən, o cümlədən Ukraynaya qarşı potensial hərbi əməliyyatın “sürətli və ağrısız” olacağına dair son zamanlar da daxil olmaqla, narahatedici mesajlar yayılır.

Kremlin zəngləri yüksək səslə çalınır, lakin o zənglər dövrün tələb etdiyi kimi dünyada sülhün təmin edilməsi məqsədini daşımır.

Əlaqəli məqalələr

Kateqoriyalar

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    Your opinion matters!

    Məlumatların Qorunmasına dair Məlumat *

      Subscribe to the Disinfo Review

      Your weekly update on pro-Kremlin disinformation

      Data Protection Information *

      The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.