Onun Dedikləri və Bunların Əsl Mənası
Prezident Putinin fevralın 24-də yayımlanmış və Ukraynanın açıq işğalını başlatdığı nitqində verilən əsas mesajlar.
Cənab Putinin müraciəti, daha əvvəlki bir çox çıxışlarında olduğu kimi dezinformasiya xarakterli narrativlərlə dolu idi. Buradakı niyyət demokratik və sülhsevər bir ölkəyə qarşı silahlı təcavüzə dəstəyi səfərbər etmək idi.
Onun dedikləri və bunların əsl mənasının qısa icmalı
Putinin manipulyativ və aldadıcı Yeni Dili: | Əslində, o nə demək istəyir: |
“Rusiyanın özünü müdafiəsi” | Heç bir təhlükə yaratmayan suveren dövlətə hücum və işğal |
“Məhdud hərbi əməliyyat” | Tam hücum. Raket zərbələri, havadan və qurudan işğal
Mülki hədəflər, şəhərlər və infrastruktur da buraya daxildir |
“İşğaldan söhbət getmir” | Mümkün qədər çox ərazini işğal etmək niyyəti – lazım olduğu qədər uzun müddətə. Ukraynanı Moskvanın nəzarəti altına almaq. Qeyri-müəyyən müddətə qədər. |
“Ukraynanın denasifikasiyası” | Suveren ölkənin seçilmiş, qanuni məmurlarına qarşı Stalinist tipli repressiya. |
“Yeni hökumət seçkilərinin keçirilməsi” | Hakimiyyətə Kremlə sadiq olan marionetləri gətirmək üçün silah gücü ilə saxta demokratiya. |