Read this article in EN RU IT ES FR DE PL BY HY AZ UA RO KA

Öz yanlış hərəkətlərinə görə başqalarını günahlandırmaq

İyul 14, 2022

Son Disinfo İcmalımızı dərc etdiyimizdən bəri Kremlyönümlü KİV-lər Polşada yenidən hərarəti artırdı. Daha dəqiq desək, bir neçə KİV Polşanın Qərbi Ukraynanın bəzi hissələrini ilhaq etməyə hazırlaşdığını iddia etdi. EUvsDisinfo-nun daimi oxucususunuzsa, yəqin ki, Rusiyanın dünyanın diqqətini Ukrayna hücumundan yayındırmaq üçün istifadə etdiyi bu narrativlə də tanışsınız. Bu mövzuda son dezinformasiya dalğası bu yaxınlarda, may ayında baş verdi: bəzən Polşanın Ukraynanı təkbaşına ilhaq etmək üzrə olduğu, bəzən də bunu Vaşinqtonun əmri ilə etdiyi iddia edildi.

Kremlyönümlü dezinformasiya narrativləri öz absurdluğu ilə tanınsa da, bu narrativi reallıqla uzlaşdırmaq xüsusilə çətindir. Maraqlıdır ki, bu, bundan əvvəl də dəfələrlə istifadə edilib. Məlumat bazamızda qeyd edildiyi kimi, Polşanın imperializm xəyallarının olduğu iddiasına dair nümunələr təkcə Ukraynanı deyil, LitvanıBelarusu da ilhaq etməyə qədər gedib çıxır. Yeri gəlmişkən, Ukrayna ilə bağlı “imperialist” planların bir nümunəsini 2016-cı ildə artıq qeyd etmişdik. Bundan altı il keçsə də, Polşa hələ də qonşularının ərazisinin heç bir hissəsini ilhaq etməyi planlaşdırmır. Əlbəttə ki, bu, dezinformasiya narrativinin yox olması demək deyil.

Bütün cəfəngiyyatlar bir yana qalsın, Polşa 1991-ci ildə Ukraynanın müstəqilliyini tanıyan ilk ölkə olub. Ortaq tarix, oxşar ənənələr və mədəni əlaqələr Polşanı Ukrayna ilə sıx bağlayır. Bu fevral ayında Rusiya tankları və qoşunları Ukrayna sərhədlərini keçməzdən xeyli əvvəl polyaklar mərkəzi hökumətdən tutmuş yerli icmalara qədər bütün səviyyələrdə ukraynalı həmkarları ilə sıx əməkdaşlıq edirdilər.

Son 30 ildə Polşa Ukraynanın Avropa və Avro-Atlantik istəklərinin ən sadiq tərəfdarlarından biri və böyük ticarət tərəfdaşı olmuşdur. Varşava Rusiyanın amansız hücumundan xeyli əvvəl Ukraynanın Aİ üzvlüyünə namizədliyi perspektivini dəstəkləyib. İyunun 23-də Ukrayna Aİ üzvlüyü yolunda böyük bir addım atdı: Avropa Şurası ölkəyə namizəd statusu verdi.

Fevral ayından bəri Polşa ölkədə təhlükəsiz sığınacaq axtaran ukraynalı qaçqınlara yardım edir, Rusiyanın müharibəsindən qaçan milyonlarla ukraynalını Polşanın əmək bazarına çıxış, sağlamlıq və sosial müavinətlər ilə təmin edir. Üstəlik, Polşa Rusiya işğalına qarşı mübarizədə Ukraynanı fəal şəkildə dəstəkləyir.

Ukraynanın ərazi bütövlüyünü pozan yalnız bir ölkə var: Rusiya.

Öz yanlış hərəkətlərinə görə başqalarını günahlandırmaq

Qərb onilliklərdir ki, Rusiyaya qarşı aqressiv mövqe nümayiş etdirir
Polşa Ukraynanın qərbində nəzarəti bərqərar etməyi planlaşdırır
Kiyev rusları Bandera elementləri ilə əvəz edib və Ukraynanı faşist dövlətinə çevirib

Rusiya diplomatları ərzaq qıtlığı təhlükəsini artırır

Bizim – və digərlərinin – daha əvvəl yazdığı kimi, Rusiya qoşunları Ukraynanın ərzaq anbarlarını hədəfə alır, məhsul və təsərrüfat avadanlıqlarını oğurlayır, Ukraynada qida emalını və nəqliyyat yollarını məhv edir. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının məlumatlarına əsasən, bu, qlobal aclıq böhranını və yaxınlaşan qıtlıq təhlükəsini artırır. Həmişə olduğu kimi, Rusiya günahı öz üzərindən atmaq üçün əlindən gələni edir.

İyulun 8-də Rusiya Xarici İşlər Nazirliyi özünün ispandilli veb-saytında qida və enerji böhranının səbəbləri ilə bağlı səkkiz “mifi” təkzib etmək məqsədi daşıyan daha bir sənəd dərc edib. Sənəd yüksək rütbəli Avropa rəsmiləri – Avropa İttifaqının Xarici və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel, prezident Ursula von der Leyen və Avropa Şurasının prezidenti Çarlz Mişel – tərəfindən verilən bəyanatları təkzib etməyə çalışır, eyni zamanda qida və enerji böhranına görə Aİ sanksiyalarını günahlandırır. Tezliklə ispandilli ölkələrdəki (məsələn, Argentina, Ekvador, Peru) bir sıra Rusiya səfirlikləri bu aldadıcı iddiaları yaymağa tələsdi.

İyunun əvvəlində Rusiyanın diplomatik şəbəkəsi ərzaq təhlükəsizliyi ilə bağlı dezinformasiya mövzusunda bənzər aktivlik dalğası nümayiş etdirmişdi. Keçən dəfə buna bənzər sənəd Twitter, Facebook və Telegram-da Rusiya diplomatik hesabları tərəfindən bir neçə dəfə paylaşılmışdı. Tezliklə sənəd əsasında müxtəlif infoqrafikalar – burada onlar üçün düzəliş də etmişikvideohesabat hazırlandı. Vizual materiala daha sonra bir neçə Rusiya diplomatik hesabları, xüsusən ispandilli və Aİ üzvü olmayan ölkələrdəki hesablar tərəfindən əlavələr edildi.

Heç kim yay tətilinə hazırlaşarkən qışı düşünmək istəməsə də, qida və yanacağın əlçatanlığı və sərfəli qiymətləri ilə bağlı problemlər hələ bitməyib. Əksi reallığa daha uyğundur. Kremlin necə işlədiyini bildiyimizə görə, qismən də özlərinin yaratdığı bu fürsətdən danmaq, təhrif etmək, diqqəti yayındırmaq və çaşdırmaq üçün istifadə edəcəklərinə demək olar ki, tam əmin ola bilərik.

Keçən həftənin digər xəbərlərində:

  • Putin sınmış qrammafon kimi iddia edir ki, ABŞ başda olmaqla Qərb onilliklərdir Rusiyaya qarşı son dərəcə aqressiv davranır. Xeyr, Sovet İttifaqı dağılandan bəri və Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya qarşı əsassız aqressiya müharibəsini başlatdğı ana qədər Qərb Moskva ilə mehriban qonşuluq münasibətləri qurmağa çalışır.
  • Başqa bir klassik, lakin mənasız iddia ondan ibarətdir ki, Kiyev rusları Bandera elementləri ilə əvəz edib və Ukraynanı faşist dövlətinə çevirib. Bu əsassız iddia Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə haqq qazandırmağı hədəfləyən, uzun müddət davam edən Kreml dezinformasiya kampaniyasının əsas elementlərindən biridir.