Putinin müharibəsi ilə bağlı Kremlyönümlü dezinformasiyanı deşifrə etmək üçün bələdçi

Embed

İllərdir Kreml və onun mediası, həmçinin trolları dezinformasiya ritorikasının ucuz hiylələrindən istifadə edir. Bu, Putinin müharibəsi zamanı pik səviyyəyə çatdı. Bu fəaliyyətləri “SWAMPED” modelindən istifadə edərək aşağıda sadalayırıq.

S: Strawmen (Saman müqəvva): Hədəfin heç vaxt dilə gətirmədiyi fikir və ya ideyalara hücum.

W: Whataboutism (Yayınma manevri): Müzakirəni mövzudan yayındırıma.

A: Attack (Hücum): Rəqibləri ruhdan salmaq üçün kobud ifadələrdən istifadə.

M: Mockery (Məsxərə): Rəqibləri aşağılamaq üçün sarkazmdan istifadə.

P: Provocations: (Təxribatlar): Bundan kim faydalanır?

E: Exhaust (Yormaq): Rəqibi təfərrüatlar və texniki təfsilatlarla taqətdən salmaq.

D: Denial (İnkar): Bütün dəlilləri qətiyyətlə rədd etmək.

Kremlin Ukrayna ilə bağlı əsas dezinformasiya narrativləri haqqında ətraflı məlumat üçün “Yeddi Kreml Mifinin Təkzibi” və “Kremlin Taktikası: Ukraynanı İşğal Etmək üçün Bəhanə Uydurmaq – Daha Çox Mif” adlı məqalələrimizə nəzər salın.

Kremlyönümlü semantika Təkzibi
“Rusiyanın özünü müdafiəsi” Heç bir təhlükə yaratmayan suveren dövlətə hücum və işğal.

 

“Məhdud hərbi əməliyyat” Tam hücum. Raket zərbələri, havadan və qurudan işğal. Mülki hədəflər, şəhərlər və infrastruktur da buraya daxildir. Böyük şəhər bombardmanları.

 

“İşğaldan söhbət getmir” Mümkün qədər çox ərazini işğal etmək niyyəti – lazım olduğu qədər uzun müddətə. Ukraynanı Moskvanın nəzarəti altına almaq. Qeyri-müəyyən müddətə.
“Ukraynanın denasifikasiyası” Suveren ölkənin seçilmiş, qanuni məmurlarına qarşı Stalinist tipli repressiya.
“Yeni hökumət seçkilərinin keçirilməsi” Hakimiyyətə Kremlə sadiq olan marionetləri gətirmək üçün silah gücü ilə saxta demokratiya.
“Danışıqlar” Mülki əhalinin bombalanması davam edərkən maksimalist tələblər irəli sürmək. Müqavimətlə rastlaşmış müharibə maşınını təkrar qruplaşdırmaq, yanacaq doldurmaq və yenidən işə salmaq üçün vaxt qazanmağa çalışmaq.
İkinci Dünya müharibəsi zamanı nasist işğalından yalnız ruslar əziyyət çəkib

 

Kremlin nasistlərə istinadında İkinci Dünya müharibəsi zamanı yalnız rusların əziyyət çəkdiyi iddia edilir. Bu yalandır. Ölçü baxımından, faşist işğalı zamanı ən çox Ukrayna və Ukrayna xalqı əziyyət çəkib. Daha çox ukraynalı Hitler üçün döyüşməkdənsə, nasistlərlə döyüşərək ölürdülər.
Zelenski və Kiyev rəhbərləri Donbasa/rusdillilərə qarşı soyqırım törədir Putin, Lavrov və digər Rusiya liderlərinin soyqırım iddiaları qətiyyən qəbuledilməzdir və soyqırım sözünün sui-istifadə edilməsindən ibarətdir.

Soyqırım: Birləşmiş Millətlər Təşkilatının tərifi – BMT Konvensiyasında soyqırım “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti” kimi müəyyən edilir.

Müasir Ukrayna dövlətinin öz əhalisinin rusdilli olan hissəsini məhv etmək istəyəcəyini göstərən heç bir fakt yoxdur. Buradakı qanunlar rus dilinin, mədəniyyətinin və adət-ənənələrinin gündəlik həyatda istifadəsini təmin edir. İkincisi, prezident Zelenski və hökumət bu qrupu tanıyır. (aşağıda “Rus dili və mədəniyyəti Kiyev tərəfindən qadağan edilir” bölməsinə baxın).

Ukraynanın şərqindəki rusdilli və ya etnik rus sakinlərin soyqırımla üzləşdiyinə dair heç bir sübut yoxdur. Bu, Avropa Şurası, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı və ATƏT tərəfindən dərc edilən hesabatlarda təsdiqlənib.

Soyqırım aksiomu Putinin bədnam yalanıdır. Üstəlik, bu, əvvəlki müharibələrin milyonlarla qurbanına qarşı təhqirdir. İkinci Dünya müharibəsində soyqırım haqqında danışmaq olar. Slobodan Miloşeviç 1991-1999-cu illərdə Xorvatiya, Bosniya və Herseqovina və Kosovoda törədilmiş 66 soyqırım, insanlığa qarşı cinayət və müharibə cinayətində ittiham olunurdu. Bu cinayətlərdən bütün keçmiş Yuqoslaviya ərazisində yüz minlərlə qurban əziyyət çəkib. Miloşeviç Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsi (ICTY) zamanı dünyasını dəyişdi.

Sonra Putinin hazırkı müharibəsindən rəqəmlər: Putinin 2014-cü ildə başladığı bu müharibə zamanı itki və qurbanlarına nəzər salsaq, görərik ki, daha çox ukraynalı öldürülüb, yaralanıb, evindən didərgin düşüb və ya sığınacaqlarda yerləşib. Son vaxtlara, fevralın 24-nə qədər, 3000-dən çox mülki şəxs də daxil olmaqla ölənlərin sayı 13 000-ə yaxın idi. Daha çox insan isə yaralanıb. Bu itkilərin böyük əksəriyyəti Ukrayna hökuməti tərəfinə aiddir. Bunun səbəbi Moskvanın dəstəklədiyi silahlı hərbçilər tərəfindən atəşə tutulma, snayper atəşləri və müxtəlif növ hücumlardır. ATƏT-in Monitorinq Missiyası bunları hər gün sənədləşdirir. Rusiya ATƏT-in üzvü olsa belə, Rusiya və yaraqlılar, çox güman ki, həqiqəti eşitmək istəmədiyi üçün missiyaya qarşı müxtəlif yollarla əngəllər törədir.

Rusiya qüvvələrinin törətdiyi qətllər hər saat daha da pisləşir. Fevralın 24-dən bəri hər gün Ukraynaya qarşı amansız, əsassız genişmiqyaslı hücumun şahidi olduğumuz kimi. Raket hücumları, hava bombardmanları, mülki hədəflərə artilleriya zərbələri.

 

Kiyev Donbasın humanitar və maliyyə blokadasını həyata keçirib Yalandır. İllərdir ki, Donbasda böyük əhali qrupları iş, alış-veriş və Ukrayna təqaüdlərini toplamaq üçün müntəzəm olaraq Kiyevin nəzarətində olan ərazilərə keçir. Bu və digər səbəblərdən keçid açıq saxlanılmışdı.

 

Rus dili və mədəniyyəti Kiyev tərəfindən qadağan olunub Yalandır. Ukrayna 2019-cu ildə Ukrayna dilinin dövlət dili kimi fəaliyyət göstərməsini təmin edən qanun qəbul edib, lakin bu qanun yalnız ictimai yerlərdə ukrayna dilindən istifadəni tənzimləyir. Rus və milli azlıqların digər dilləri şəxsi ünsiyyətdə, kitab nəşri, mətbuat, radio, televiziya, təhsil və xidmət sahələrində sərbəst şəkildə istifadə oluna bilər. Qanun səhiyyə və hüquq-mühafizə sistemində başqa dillərin istifadəsinə də icazə verir.

Daha çox dezinformasiya nümunələrinə burada nəzər salın.

Minsk razılaşmaları: Kiyev və onun Qərb himayədarları onu məhv etdilər

 

Kreml Rusiyanın Minsk razılaşmasının tərəfi olduğunu gizlətməyə çalışır. Moskva DXR/LXR-i tanımaqla Minsk razılaşmasını de-fakto rədd etdi.

Buna baxmayaraq, Ukrayna xüsusi status və amnistiya haqqında qanunu qəbul edib (2014) və yerli seçkilərə dair qanun layihəsi hazırlayıb (2014). Ukrayna hazırda nəzarətində olmayan ərazilərə daha çox muxtariyyət vermək üçün konstitusiyaya düzəlişlər qəbul edib (2015). 6-cı Mifə burada nəzər salın.

 

Rusiya Ukraynanı işğal etmək niyyətində deyil. Bu, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün məhdud bir əməliyyatdır. Ən böyük yalan. Putinin ən böyük gülünc və qrotesk yalanı tam miqyaslı hava, quru və donanma hücumunun davam etdiyi bir vaxtda bəyan edilir. Mülki hədəflərin bombalanması və Cenevrə Konvensiyalarının bir sıra digər pozuntuları.

 

Kosovo münaqişəsi: NATO Belqradı bombardman edərkən mülki əhalini qəsdən hədəfə alıb Putin və Lavrovun başqa bir sevimlisi: Miloşeviçin qətli və etnik təmizləmə müharibəsi ilə Donbasdakı münaqişə arasında paralel yaratmaq cəhdi. Kosovo 900 000-dən çox insanla uçurumun qarşısında dayanmışdı; Kosovo əhalisinin yarısı öldürülmüş, didərgin salınmış və ya sığınacaqlarda yerləşmişdi. Qoruma məsuliyyəti aydın idi. Donbasdan tam fərqli olaraq.

 

Rusiya ukraynalılara militarizasiya və neonasizmdən qurtulduqdan sonra xarici təsir olmadan öz gələcəklərini müəyyən etmək şansı vermək istəyir.

 

2013-2014-cü illərdə Avromeydan etirazlarından bəri Kremlyönümlü media yalandan Ukraynanın kənardan idarə olunduğunu iddia edirdi.

EUvsDisinfo məlumatlar bazasında bənzər dezinformasiya iddialarının 100-dən çox nümunəsi var.

Belə iddiaların heç bir faktiki əsası yoxdur.

Əslində, “neonasizmdən qurtulmaq” siyasi opponentlərinə qarşı genişmiqyaslı repressiyalar həyata keçirmək istəyən Moskva üçün bir evfemizm və ya örtməcədir; Stalinist tipli repressiyalar kimi.

“Öz gələcəyini müəyyənləşdirmək üçün seçkilər”: silahla saxta demokratiya üçün evfemizm. 2014-cü ildə Krımda Rusiya silahlı qüvvələrinin heç bir beynəlxalq qurumun tanımadığı saxta referendum keçirdiyi kimi.

Qısa təkzibimizə burada nəzər salın

Qərb Rusiyanın təhlükəsizlik zəmanətlərinə dair təklifləri ilə bağlı bütün razılaşmaları sabotaj etdi. Putin diplomatiya yoluna deyil, müharibəyə əl atdı.

2021-ci ilin dekabrında Rusiya ilə ABŞ və NATO arasındakı qondarma “razılaşma” layihələrində irəli sürülən Rusiya tələbləri Rusiyanın şəhid rolunu oynaya bilməsi üçün rədd ediləcək şəkildə hazırlanmışdı. Tələblər mahiyyət etibarilə, Avropanı 1997-ci ildən əvvəlki vəziyyətə qaytarmağı tələb edirdi: ABŞ Avropanın böyük bir hissəsini tərk etməlidir, bir neçə NATO üzvü de-fakto demilitarizasiya edilməlidir və azad ölkələrin öz siyasətinə qərar vermək hüququ qeyri-müəyyən müddətə məhdudlaşdırılmalıdır.

Kompromis və həll yolları axtarmayan bu kvazi-diplomatiya əslində bir duman pərdəsi və Qərbi çaşdırmaq, yayındırmaq və parçalamaq üçün aparılan psixoloji əməliyyatın tərkib hissəsi idi. Bu arada rus qoşunları toplanır və işğala hazırlanırdı. Qərb hücum planlarına dair kəşfiyyat məlumatlarını ictimaiyyətlə paylaşaraq Putinin yalanının üstünü açdı.

Budapeşt memorandumu [1994] artıq aktual deyil Kreml əsas məsələdən yayınır: Ukrayna nüvə silahlarından imtina etdi və bunun müqabilində ABŞ, Rusiya və Böyük Britaniya rəhbərləri Ukraynanın bütövlüyü və suverenliyinə zəmanət verən Budapeşt memorandumunu imzaladılar.

Təkzib edilmiş dezinformasiya nümunələrinə burada nəzər salın .

 

Kateqoriyalar

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    Your opinion matters!

    Məlumatların Qorunmasına dair Məlumat *

      Subscribe to the Disinfo Review

      Your weekly update on pro-Kremlin disinformation

      Data Protection Information *

      The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.