Kukilər

Kukilər nədir?

Kuki veb-sayta daxil olduğunuz zaman kompüterinizdə və ya mobil cihazınızda saxlanılan kiçik mətn faylıdır.

  • Birinci tərəf kukiləri veb-sayt tərəfindən təyin edilmiş kukilərdir. Onları yalnız veb-saytın özü oxuya bilər. Bundan əlavə, veb-sayt üçüncü tərəf kukiləri adlanan və kukilərini özü müəyyənləşdirən xarici xidmətlərdən də istifadə edə bilər.
  • Daimi kukilər kompüterinizdə saxlanılan və brauzerdən çıxdığınız zaman silinən sessiya kukilərinin əksinə, brauzerdən çıxdığınızda avtomatik olaraq silinməyən kukilərdir.

Hər dəfə Avropa Komissiyasının veb-saytlarına daxil olduqda, sizə kukiləri qəbul etmək və ya rədd etmək təklif olunacaq.

Burada məqsəd saytın fərdi seçimlərinizi (istifadəçi adı, dil və s.) müəyyən müddət ərzində yadda saxlamasını təmin etməkdir.

Beləliklə, eyni baxış ərzində saytda bu məlumatı yenidən daxil etməli olmayacaqsınız.

Kukilərdən saytlarımızda baxış təcrübəsi haqqında anonim statistik məlumatların toplanması üçün də istifadə oluna bilər.

Kukilərdən necə istifadə edirik?

Avropa Komissiyasının internet saytları əsasən “birinci tərəf kukiləri”ndən istifadə edir. Bu kukilər hər hansı bir xarici təşkilat tərəfindən deyil, Avropa Komissiyasının özü ərəfindən müəyyən edilir və idarə olunur.

Bununla belə, bəzi səhifələrə baxmaq üçün siz xarici təşkilatların kukilərini qəbul etməli olacaqsınız.

Biz 3 məqsədlə üçüncü tərəf kukilərindən istifadə edirik:

  • istifadəçinin fərdi seçimlərini yadda saxlamaq;
  • saytlarımızın işləməsini təmin etmək;
  • analitik məlumat toplamaq (istifadəçinin davranışı nümunələri haqqında).

İstifadəçi parametrləri

Bu parametrlər bizim tərəfimizdən müəyyənləşdirilir və onları yalnız biz oxuya bilərik. Bura aşağıdakı məlumatlar daxildir:

  • kukilərdən istifadə ilə bağlı saytın siyasətini qəbul edib-etmədiyiniz;
  • saytın məzmununun nə qədər faydalı olduğu ilə bağlı suallara cavab verib-vermədiyiniz (bir daha soruşulmaması üçün).

Saytın işləməsi üçün zəruri olan kukilər

Bəzi veb-səhifələrin işləməsi üçün müəyyən kukilər tələb olunur. Bu səbəbdən, onları qurmaq üçün sizdən icazə alınmaya bilər. Xüsusilə, aşağıdakılar:

  • istifadəçinin autentifikasiyası üçün kukilər;
  • bəzi İT sistemləri üçün zəruri olan texniki kukilər.

İstifadəçinin autentifikasiyası üçün kukilər

Bu fayllar autenifikasiya xidmətimizdən (Aİ Girişi) istifadə edərək Avropa Komissiyasının veb-saytına daxil olduğunuz zaman saxlanılır. Bununla siz müvafiq məxfilik siyasətini qəbul edirsiniz.

Analitik kukilər

Biz bütün istifadəçilərimizə göstərilən xidmətləri təkmilləşdirmək üçün bu cür faylları yalnız daxili təhlil üçün istifadə edirik.

Bu kukilər yalnız veb-saytımızla necə qarşılıqlı əlaqədə olduğunuzu qiymətləndirir, lakin şəxsi məlumatlarınızı toplamır.

Toplanmış məlumatlar üçüncü tərəflərlə paylaşılmır və ya digər məqsədlər üçün istifadə edilmir. Anonimləşdirilmiş statistik məlumatlar Avropa Komissiyası ilə müqavilə əsasında kommunikasiya layihələrini həyata keçirən təşkilatlara ötürülə bilər.

Üçüncü tərəf kukiləri

Bəzi səhifələrimizdə YouTube, Facebook və Twitter daxil olmaqla, xarici provayderlərin məzmununa yer verilmişdir.

Üçüncü tərəfin məzmununa baxmaq üçün əvvəlcə onun istifadə şərtləri və qaydaları ilə, o cümlədən bizim nəzarətimizdə olmayan kukilərlə bağlı siyasətləri ilə razılaşmalısınız.

Bu tip məzmuna baxmasanız, üçüncü tərəf kukiləri cihazınızda quraşdırılmayacaq.

Avropa Komissiyasının veb-saytlarında üçüncü tərəf provayderləri

You Tube
Internet Archive
Google Maps
Twitter
TV1
Vimeo
Microsoft
Facebook
Google
LinkedIn
Livestream
SoundCloud
Avropa Parlamenti

Bu üçüncü tərəf xidmətləri Avropa Komissiyasının nəzarəti altında deyil. Onların provayderləri istənilən vaxt kukilərdən istifadə şərtlərini, məqsədlərini və üsullarını dəyişə bilər.

Kukiləri necə idarə edə bilərsiniz?

Kukiləri istədiyiniz kimi idarə edə və silə bilərsiniz. Daha traflı məlumat üçün aboutcookies.org saytına baxın.

Kukilərin cihazınızdan silinməsi

Cihazınızda saxlanılan bütün kukiləri silmək üçün brauzer tarixçənizi təmizləyin. Bu, ziyarət etdiyiniz bütün saytlardan bütün kukiləri siləcək.

Yadda saxladığınız məlumatların bir qismini (məsələn, giriş təfərrüatları və sayt seçimlərini) itirə biləcəyinizi nəzərə alın.

Xüsusi saytlar üçün kukilərin idarə edilməsi

Saytın kukilərinə daha yaxşı nəzarət etmək üçün istədiyiniz brauzerinizin məxfilik və kuki parametrlərindən istifadə edin.

Kukilərin bloklanması

Müasir brauzerlərin əksəriyyəti sizə bütün kukilərin quraşdırılmasını bloklamağa imkan verir, lakin bunu etdikdən sonra hər dəfə sayta və ya səhifəyə daxil olduqda, bəzi parametrləri əl ilə tənzimləməli ola bilərsiniz. Bəzi xidmətlər və funksiyalar (məsələn, profilinizə daxil olma kimi) düzgün işləməyə bilər.

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    Your opinion matters!

    Məlumatların Qorunmasına dair Məlumat *

      Subscribe to the Disinfo Review

      Your weekly update on pro-Kremlin disinformation

      Data Protection Information *

      The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.