Ukrayna

Kremlin Ukraynaya qarşı informasiya manipulyasiyası və dezinformasiya hücumları 2022-ci il 24 fevral tarixində baş tutan genişmiqyaslı işğaldan xeyli əvvəl başlamışdır. Rusiya dövlətinin nəzarəti altında olan xarici məlumatların təhrif olunması və müdaxilə, o cümlədən dezinformasiya ekosistemi, ən azı 2014-cü ildən bəri Ukraynanı işğal etmək üçün illər boyu miflər və saxta bəhanələr uydururdu. Əslində, Ukraynanı hədəf alan dezinformasiya halları məlumat bazamızda toplanmış bütün halların 40%-dən çoxunu təşkil edir.
Ukrayna Rusiyanın hücumunun vəhşiliyinə tab gətirməklə yanaşı, həmçinin azadlıq, suverenlik və öz müqəddəratını təyinetmə hüququ kimi fundamental dəyərləri müdafiə etməklə, dünyaya sözün əsl mənasında, cəsarətlilik nümunəsi göstərdi. Bununla yanaşı, Ukrayna Rusiyanın amansız müharibəsini dəstəkləmək məqsədilə yaradılan misli görünməmiş Kremlyönümlü dezinformasiya kampaniyaları və informasiya manilpulyasiyasına qarşı mübarizə aparırdı. Beynəlxalq ictimaiyyət Ukraynanın azadlıq və suverenlik uğrunda mübarizəsini dəstəkləməkyə davam edərkən, o, Rusiyanın yalan və hiylə üzərində qurduğu müharibə ilə bağlı saxta reallığı dəf etmək üçün əlindən gələni etməlidir.
Putinin bir göz qırpımında qalibiyyətə ümid edərək ya da öz yalanlarına və propaqandasına inanaraq, Ukraynaya qarşı “üç günlük müharibə”ni başlatmasının üzərindən aylar ötdü. Təəssüflər olsun ki, həm döyüş meydanında, həm də informasiya məkanında müharibə davam etməkdədir. EUvsDisinfo müharibənin ilk 100 günü ərzində Kremlin yalanlarından ibarət bir icmal hazırladı və məqalələrdə, habelə həftəlik dezinformasiya icmalımızda Kremlyönümlü dezinformasiyaları izləməyə və təhlil etməyə davam edir. Məsələn, burada Rusiyanın müharibəsi haqqında on iki mifi ifşa edirik.