Haqqinda

Biz Şərq Stratcom İşçi Qrupu olaraq, əsasən kommunikasiya, jurnalistika, sosial elmlər və rusşünaslıq sahələrində təcrübəyə malik mütəxəssislərdən ibarət bir komandayıq.

Biz Aİ-nin Ali Nümayəndəsinin rəhbərlik etdiyi Aİ-nin diplomatik xidmətinin bir parçasıyıq.

İşimiz haqqında ətraflı məqaləni burada. İşimizlə bağlı yeniliklərdən xəbərdar olmaq istərdinizmi?

EUvsDisinfo Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq StratCom İşçi Qrupunun flaqman layihəsidir.

Bu layihə 2015-ci ildə Rusiya Federasiyasının Avropa İttifaqına, onun Üzv Dövlətlərinə və qonşuluqdakı ortaq ölkələrə təsir etməkdə davam edən dezinformasiya kampaniyalarını daha yaxşı proqnozlaşdırmaq, nəzərdən keçirmək və onlara cavab vermək məqsədilə yaradılmışdır.

EUvsDisinfo-nun əsas məqsədi Kremlin dezinformasiya “fəaliyyəti” haqqında ictimaiyyətin məlumatlılığını və anlayışını artırmaq, eləcə də Avropada və onun hüdudlarından kənarda olan vətəndaşlara rəqəmsal məlumat və mətbuat manipulyasiyasına qarşı müqavimətlərini inkişaf etdirməyə kömək etməkdir.

15 dildə məlumatların təhlili və media monitorinqi xidmətlərindən istifadə edən EUvsDisinfo Aİ və “Şərq Tərəfdaşlığı” ölkələrində yayılan, Kremlyönümlü mətbuatada yaradılmış dezinformasiya hallarını aşkarlayır, toplayır və ifşa edir.

2019-cu ildən etibarən monitorinq imkanlarımız Qərbi Balkanlarda və Aİ-nin Cənub qonşuluğunda yayılan dezinformasiyanı da üzə çıxarır. Bu hallar (və onların cavabları) EUvsDisinfo-nun hazırda Kremlyönümlü dezinformasiyanın 12 000-dən çox nümunəsindən ibarət olan məlumat bazasında toplanmışdır, məlumat bazası bu tipli axtarış edilə bilən, açıq qaynaqlı yeganə mənbə hesab olunur.

Məlumat bazasına əlavə olaraq, dezinformasiya üsulları və təcrübələrindəki yeniliklər haqqında müntəzəm şəkildə məqalələr və analitik materiallar dərc edirik və bu sahəyə yenilikçi töhfələr verən beynəlxalq araşdırmaları toplayırıq.

Komandamız həm də ictimaiyyət və hökumətin dəstək proqramında fəal iştirak edir. Aİ institutlarını, Üzv Dövlətlərin hökumətlərini, jurnalistləri və vətəndaş cəmiyyəti təşkilatlarını məlumatlandırır, onlara təlimlər keçir və müntəzəm olaraq beynəlxalq konfranslarda çıxış edirik. Məlumatlarımız bütün dünyada siyasi liderlər, dövlət agentlikləri, tədqiqatçılar, elmi araşdırma mərkəzləri və jurnalistlər üçün mühüm mənbədir.

Ümumi sorğular

Ümumi suallar ünvanına e-məktubgöndərin.

Media

Bütün mətbuat sorğuları üçün EEAS mətbuat(opens in a new tab)komandasıilə əlaqə saxlayın.

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    Your opinion matters!

    Məlumatların Qorunmasına dair Məlumat *

      Subscribe to the Disinfo Review

      Your weekly update on pro-Kremlin disinformation

      Data Protection Information *

      The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.